Bu gün İsrail ordusu Livan-İsrail sərhədində yerləşən BMT sülhməramlılarının qərargahına hücum edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə BMT bəyanat yayıb.
Bildirilib ki, İsrail tankları sərhəddə yerləşən sülhməramlıların müşahidə qərargah mərkəzi və postlarına zorla daxil olub: "Təəssüf ki, bu zaman qanunsuz hücuma müqavimət göstərən 15 personal yaralanıb. Onların xəsarətləri ağır deyil...".
BMT bu hücumu beynəlxalq qanunların kobud pozuntusu saymaqla yanaşı, qəbuledilməz sayıb: "İsrail dərhal bu şokedici hücuma aydınlıq gətirməli və izahat verməlidir".
Xatırladaq ki, İsrail ordusu dünın sülhməramlılardan Livanmın işlərinə doğru çəkilməyi tələb eləsə də, BMT bu tələbi rədd etmişdi.
Zülfiyyə
MİA.AZ