Baş nazir Netanyahu bu gün axşam İsrail Müdafiə Şurası üzvlərini təcili toplantıya çağırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail dövlət televiziyası məlumat yaıb.

Bildirilib ki, qapalı iclasda İranın raket hücumuna adekvat cavab tədbirləri müzakirəyə çıxarılacaq: "Yerli vaxtla saat 20:30-da başlayacaq iclasda İrana cavab variantları haqda qərar qəbulu gözlənilir".

Xatırladaq ki, İran oktyabrın 1-də İsrailə raket zərbəsi endirib. 

Firudin Səfərli

MİA.AZ