ABŞ-ın Florida ştatını vurması gözlənilən "Milton" qasırğası əsrin qasırğası kimi tarixə düşə bilər.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Bayden keçirdiyi brifinqdə ictimaiyyətə xəbərdarlıqda səslıəndirib.

Bayden Ağ Evdə keçirilən və rəsmilərin də qatıldığı brifinqdə bildirib ki, qasırğaya hazırlaşmaq, onun itkilərini minimuma endirmək üçün əllərindən gələni edirlər: "Bu, tarixin ən dəhşətli qasırğası ola bilər. Tədbiri əldən buraxmamalı və gərəkli hər addım atılmalıdır. Xalq çox diqqətli olmalı, verilən bütün xəbərdarlıqlara qeyd-şə\rtsiz əməl etməlidir. Əhali sığılnacaqlarla təmin olunmalıdır. Federal hökumət Floridadakı səlahiyyətlilərlə və Federal Fövqəladə Halların İdarə Olunması Agentliyi (FEMA) ilə sıx koordinasiyadadır. Ümid edirəm, biz bu fəlakətin öhdəsindən minimum itkiylə gələcəyik"

Bayden brifinqdə Baydenin qasırğada zərər görənlərə 750 dollar yardım ediləcəyi ilə bağlı iddialarnı məsuliyətsizlik adlandırıb: “O, məsuliyyətsiz danışıb. Onun sözlər dezinformasiyadır. Trampın belə bir məqamda yalan açıqlamaları qəbuledilməzdir".

Lamiyə Əhmədli

MİA.AZ