"Livanın növbəti Qəzza olmasını istəmirik".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İsrailin baş naziri Binyamin Netanyahunun "Livan yeni Qəzzaya çevrilə bilər" açıqlamasına Ağ Evin sözçüsü Karine Jean-Pierre gündəlik mətbuat konfransında verilən suala cavabda deyib.
O bildirib ki, bu məsələdə Netanyahu ilə razılaşmaları mümkün deyil: "Bu suala çox açıq cavab verəcəyəm: Livanın növbəti Qəzzaya çevrilməsini istəmirik və bu, olmayacaq. Biz bunu görməyəcəyik".
Ağ Ev rəsmisi Qəzza və Livanda minlərlə insanın baş verənələər görə çox böyük çətinliklə üzləşdiyini qeyd edib: "Bölgə əhalisinin zülmü, iztirabı artıb. Bu səbəbdən bir daha tərəfləri atəşkəsə dəvət edirik".
Lamiyə Əhmədli
MİA.AZ