Bu gün Türkiyə dəniz yolu ilə öz vətəndaşlarının Livandan təxliyyəsinə başlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyənin Beyrutdakı səfirliyi açıqlama yayıb.

Qeyd edilib ki,  artıq dəniz yolu ilə Livanı tərk etmək istəyən Türkiyə vətəndaşlarının təxliyyəsinə start verilib: "Bununla belə, Beyrut-İstanbul Hava Limanında ödənişli olaraq məhdud sayda uçuş təşkil etmək üçün hazırlıqlar görülür. Türkiyəyə hava yolu ilə səyahət etmək istəyən vətəndaşlar 24 saat fəaliyyət göstərən Konsulluğun Zəng Mərkəzi (+90 312 292 29 29) vasitəsilə əvvəlcədən qeydiyyatdan keçmək üçün müraciət edə bilərlər. Uuçuşların nə vaxt və hansı marşrutla həyata keçiriləcəyi kimi detallar daha sonra qeydiyyatdan keçmiş vətəndaşlarla paylaşılacaq".

Xəöbərdə deyilir ki, Livanı pul ödəmədən tərk etmək istəyən türkiyə vətəndaşlarfı isə dəniz yolu ilə evakuasiya olunurlar: "Bu gün dəniz yolu ilə Livandan təxliyyə olunacaq 1900-ə yaxın sərnişin Türkiyəyə yola düşəcək".

Lamiyə Əhmədli

MİA.AZ