Bu gün lideri olduğu AK Partiyanın deputat fraksiyası ilə görüşdə çıxış edən Prezident Ərdoğan İsrailə meydan oxuyub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İsrail və onun lideri Netanyahunu sərt tənqid edən Ərdoğanın sözlərinə görə, onların hədəflərinin nə olduğunu bilirlər: "Netanyahu və onun qətl şəbəkəsi çox təhlükəli bir macəraya atılır. Son hədəfin harada olduğunu çox açıq şəkildə görürük. Biz əsla boşluq buraxmayacağıq. Onların vəd edilmiş torpaq uydurmasının sonu xəyal qırıqlığıdır. Bölgəmizdə baş verənləri əsla saitcə izləməyəcəyik. Nə gərəkirsə, edəcəyik. Ölkəmizin təhlükəsizliyinə bir an olsun diqqətsiz qalmır. Nə gərəkirsə olur, olacaq".

Ərdoğan bölgədə savaş deyil, sdülh tərfdarı olduqlarını da bəyan edib: "Yanğına benzin tökənlər arasında deyildik. Bunu söndürməyə çalışan Türkiyənin hansı gücün sahibi olduğunun da fərqindəyik...".

Samir Musayev
MİA.AZ