Ukrayna güc strukturlarının iyulun ilk günlərindən başlayaraq, ölkənin Cənub və Şərq vilayətlərində separatçılarla mübarizədə ardıcıl və əhəmiyyətli qələbə qazanması Rusiyanın şovinist dairələrində "soyuq duş" effekti yaradıb.


Rusiyanın Krımı ilhaq etməsinin ardınca Ukraynanın Cənub və Şərq vilayətlərinin önəmli hissəsini separatçıların əli ilə rəsmi Kiyevin nəzarətindən çıxarması belə bir təəssürat yaradırdı ki, Kreml, Ukraynanın bölünməsi planını həyata keçirə biləcək. Bu təəssürat zaman keçdikcə daha da güclənir və Ukraynanın parçalanmasının qaçılmaz olması görüntüsü yaranırdı. Ancaq bütün bunlar, qeyd edildiyi kimi, görüntüdən başqa bir şey deyildi.
Ukrayna isə, təkcə Rusiyanın hərəkətə gətirdiyi separatçılığa qarşı mübarizəyə başlamamış, həm də öl-kə üçün daha əsas olan iki məsələni - legitim hakimiyyət məsələsini və Avropa Birliyi ilə Assosiasiya Razılaşmasının imzalanmasını təmin etməli idi. Bu iki məsələnin uğurlu həlli Ukraynanın separatçılığa qarşı effektli mübarizəyə başlamasına imkan verdi və ölkənin güc strukturları aprel ayından separtçıların nə-zarətində olan əraziləri bir-birinin ardınca azad etməyə başladı. Bu isə dünyanın siyasi xəritəsində Yeni Rusiya (Novorasiya) dövlətinin artıq yarandığı eyforiyasına qapılan şovinist dairələrdə xəyal qırıqlığı ilə yanaşı, həm də qəzəb doğurdu. İndi rus şovinistləri Putindən üz çevirməyə başlayıblar və payızda Rusiyada başlanacağı ehtimal edilən sosial etirazlar ərəfəsində onu libreallarla mübarizədə tək qoyacaqlar.

Eyforiyanın dağılması

Putinin 2012-ci ildə keçirilən prezident seçkilərinin rəsmi nəticələri ilə seçicilərin 63,6 faizinin dəstəyini qazandığı elan edilsə də, həmin dövrdə müxalifət və seçki müşahidəçiləri bununla razışamırdılar. Müxa-lifətin və seçki müşahidəçilərinin rəyi isə bundan ibarət idi ki, Putin seçicilərin yalnız 53 faizinin dəstəyini qazanıb və bu göstərici paytaxt Moskvada 50 faizdən də aşağıdır.
Müşahidəçilər Putinin reytinqinin ağırlaşan sosial-iqtisadi vəziyyətlə bağlı aşağı düşə biləcəyi və bu prosesin Rusiyada yeni demokratişləmə dalğasının başlanmasına gətirib çıxaracağını ehtimal edirdilər. Görünür, Rusiyanın hakim dairələri bu ehtimalları ciddi qəbul etdiklərindən, Kreml Putinin reytinqinin yüksəldilməsinə xidmət etməyə başladı. Kremlin yeni Avrasiya İqtisadi İttifaqı ideyası, Ukraynanın Avroat-lantik məkana inteqrasiya kursundan döndərilməsinə edilən cəhd, Krımın ilhaqı və ən nəhayət, Ukray-nanın bölünməsi - bu ölkənin Cənub və Şərq vilayətlərini əhatə edən Yeni Rusiya dövlətinin yaranması haqqında çağrışlar da Putinin cəmiyyətdəki reytinqinin yüksəlməsinə xidmət göstərmiş oldu.
Bu siyasətin qısamüddətli uğurlar qazanmasını da inkar etmək olmaz. Belə ki, Krımın ilhaqı və Ukraynanın bəzi ərazilərinin separtçıların nəzarətinə keçməsi Putinin reytinqini 86 faizə qaldırmışdı. Rusiya cəmiyyətini bürümüş eyforiya insanlara real düşünmə imkan verməsə də, Putinin bu uğurlarının ötəri ol-duğunun fərqində olanlar var idi. Onlar Putinin reytinqinin artmasını onun üçün sonun başlanğacı sayır, Ukrayna cəbhəsində ilk məğlubiyyətin cəmiyyəti bürümüş eyforiyanı dağıdacağını bildirirdilər. Hadislə-rin gedişi də göstərdi ki, Putinin reytinqinin qısa müddətdə astronimik artımını sonun başlanğacı hesab edənlər haqlı imiş. Artıq Ukrayna güc strukturlarının ardıcıl və effektli qələbələri Rusiya cəmiyyətindəki eyforiyanı dağıtmağa başlayıb. Bu gün Putini dəstəkləyənlərin cəmiyyətdə neçə faiz olması haqqında dəqiq məlumat olmasa da, artıq 86 faizli göstərici arxada qalıb.
Eyni zamanda, Putinin ən qatı tərəfdarları arasında da narazılıq başlayıb. Onlar Rusiya prezidentini xəyanətdə ittiham edirlər.
Putinin yeni imperiya ideyasının fikir atası sayılan filosof, Avrasiya Hərəkatının lideri Aleksandr Duqin bildirib ki, Rusiya vətənpərvərləri özlərini aldadılmış hesab edir və Putindən üz çevirmək üzrədirlər.
Duqinin "Rusiya vətənpərvərləri" adlandığı şovinist dairələr Putini Ukraynaya qarşı hərbi gücdən istifa-də etmədiyinə görə qorxaqlıqda suçlayırlar. Kommunistlərin də daxil olduğu "vətənpərvərlər", Putinin Ukraynaya qarşı hərbi müdaxilədən imtina etməsini Rusiyanın birinci prezidenti Boris Yeltsinin 1999-cu ildə Yuqoslaviya bombalanan zaman bu ölkəyə "S-300" raket kompleksləri verməkdən imtinası ilə müqayisə edirlər.
Məlum olduğu kimi, Yuqoslaviyanın bombalanması və Rusiyanın bu ölkəyə "S-300" raket kompleksləri göndərməkdən imtina etməsi Yeltsinin siyasi karyerasına ölümcül zərbə vurmaqla, onun 1999-cu ilin so-nuncu günü baş verən istefasının əsas səbəbi idi. Putinin də Ukraynaya hərbi müdaxilədən imtina et-məsi məhz Yuqoslaviyanın NATO tərəfindən bombalanması və Yeltsinin "S-300" raket kompleksi ver-məkdən imtinası ilə müqayisə olunur. Üstəlik, Kremlin bu addımı Qərbin sanksiyalarından qorunmaq cəhdi ilə əsaslandırılır.
Duqin başda olmaqla özlərini Rusiya vətənpərvərləri hesab edən şovinist dairələr Putini dəstəkləmələ-rini onun güclü lider olması ilə izah edirdilər. İndi isə məlum olur ki, bu güclü lider Qərbin sanksiyalarının qorxusundan Ukraynada Yeni Rusiya dövlətinin qurulmasına çalışan qüvvələrin ölümünü sakitliklə seyr edir, heç kimin nəzərə almadığı bəyanatlar verməklə məşğuldur.
Rusiya şovinistlərinin başqa bir lideri - Eduard Limonov hesab edir ki, Putin siyasi intihar edib və bu addı-mı onu bitirəcək.
Rusiyanın ən nüfuzlu ali məktəblərindən hesab olunan Moskva Beynəlxalq Münasibətlər İnstitutunun hərbi-siyasi araşdırmalar mərkəzinin aparıcı eksperti Maksim Kalaşnikov isə bildirir ki, Ukraynada yaran-mış vəziyyətə görə yalnız Kreml cavabdehlik daşıyır və buna görə cavab verəcək.
Rusiya şovinistlərinin ikinci Stalinqrad adlandırdığı Slavyanskın separatçıların əlindən alınması Putinin mövqelərini sarsıdıb, Ukrayna güc strukturlarının qələbələrini davam etdirməsi isə bu prosesi dərinləş-dirir. Ukraynanın Cənub və Şərq vilayətlərindəki separatçılıq yuvalarının dağıdılması, ölkənin materik hissədə ərazi bütövlüyünün təmin edilməsi Putinin karyerasının və hətta ola bilər ki, fiziki mövcudluğu-nun da sonu ola bilər.

Rusiyanı xilas etmək mümkün olacaqmı?

Rusiya şovinistlərinin başqa bir təmsilçisi - Dmitri Rodionov hesab edir ki, "Yeni Rusiya"nın itirilməsi Rusiyanın 1991-ci ildə SSRİ-nin dağılmasından sonra üzləşdiyi ən böyük geosiyasi məğlubiyyət olacaq.
Rusiya şovinistlərinin fəallarından hesab olunan tanınmış hərbi jurnalist Vladislav Şurıqin isə deyib ki, Putinin sanksiyaların qorxusundan "Yeni Rusiya"nı itirməsi onun özünün hakimiyyəti itirməsinə və eləcə də Rusiyanın suverinliyinin itirilməsinə səbəb ola bilər. Şurıqinin fikrincə, bu dəfə ABŞ 1991-ci ildə etdiyi səhvi təkrarlamayacaq və Rusiyanın bölünməsini təmin edəcək. Şurıqin də indi baş verən hadislərlə 1999-cu ildə keçmiş Yuqoslaviyadakı proseslər arasında böyük oxşarlıq olduğunu qeyd edir.
Rusiya şovinistləri hesab edirlər ki, 1999-cu ildə Bosniya və Xorvatiyada serblərin müdafiə edilməməsi sonradan Kosovanın itirilməsinə gətirib çıxardı. Onların iddiasına görə, "Yeni Rusiya"nın itirilməsi Krımın, ondan sonra isə Qafqazın itirilməsinə gətirib çıxaracaq. Ancaq bu da son olmayacaq. İddia edilir ki, Rusiya Federasiyasının tərkibindəki milli respublikalar müstəqillik yolunu tutacaq və Moskva Qərbin təzyiqləri qarşısında bununla razılaşmalı olacaq.
Rusiyanın şovinist dairlərində hesab edirlər ki, artıq ölkənin NATO tərəfindən mühasirəyə alınması başa çatır və bu, Rusiyanın parçalanmasına hazırlıq məqsədi daşıyır. Bir çoxları hesab edir ki, ABŞ 1991-ci ildə Rusiyanın parçalanmasından sonra böyük Avrasiya düzündə yarana biləcək vəziyyətə hazır olmadığı üçün bu prosesə imkan vermədi. İndi isə Rusiyanın dörd bir tərəfində yerləşməklə yaxın gələcəkdə baş verəcək proseslərə hazırlıqlar gedir. Bu proseslərin başlanğıcı Donetsk və Luqanskın separatçılardan təmizlənməsi, hətta separatçıların lideri İqor Strelkov-Qirkinin ölümü ilə qoyula bilər. Əgər Slavyanskın separatçıların əlindən alınması Ukraynanın Cənub və Şərqində təşəbbüsün Kiyevin əlinə keçməsinin başlanğıcı idisə, Donetskin itirilməsi Rusiyanın məğlubiyyətində son nöqtə olacaq. Bu, həm də Putinə olan ümidin sonudur.
Ukrayna separatçılarının Putini xəyanətdə ittiham etməsinə baxmayaraq, Rusiyanın şovinist dairələrində Putinə hələ də ümid bəsləyənlər var. Rusiyanın şovinst dairlərində hesab edirlər ki, hələ də yeni imperiya ideyasını xilas etmək mümkündür. Bunun üçün Donetskin Kiyevin nəzarətinə keçməsinin qarşısı alınmalıdır. Bunu reallaşdırmaq üçünsə dərhal hərbi müdaxilə olmalıdır. Əks halda, Rusiyanın dağılacağı günə hazırlaşmaq lazımdır.