Şimali Koreya Cənubi Koreya ilə quru və dəmiryol əlaqələrini bu gündən dayandırıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb isə Cənubi Koreyanın ABŞ-la birgə hərbi təlimləri və bölgədə yaranan gərginlik göstərilib.
Şimali Koreyanin KCNA xəbər agentliyi yazıb ki, artıq Şimali Koreya Xalq Ordusu müəyyən nəqliyyat qovşaq və xətlərini nəzarətə göürüb: "Oktyabrın 9-dan etibarən sərhəddəki avtomobil və dəmir yolu əlaqələri tamamiılə kəsilib. Buna paralel olaraq, sərhəd bölgələrində müdafiə xətləri möhkəmləndirilir"
Xəbərdə Cənubi Koreya ölkənin “əsas və dəyişməz düşmən"ı adlandırılıb və əlavə olunub ki, nəqliyyat xətlərinin baöğlanması gözlənilən müharibənin qarşısını almaq və ölkənin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır: "Artıq sərhədimizin cənubunda olan ABŞ hərbçilərinə telefon mesajı vasitəsilə istehkam fəaliyyətimiz bildirilib...".
Xatırladaq ki, "1950-53 Koreya müharibəsi"ndən bu yana Cənubi Koreyada 28 min Amerika əsgəri saxlanılır.
Lamiyə Əhmədli
MİA.AZ