İranın Mazandaran vilayətində saxta spirtli içki xeyli insanın ölümünə səbəb olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İran Tələbə Xəbərləri Şəbəkəsi (SNN) məlumat yayıb.

Qeyd edilib ki, Mazandaran vilayətində 284 nəfər metil spirtindən hazırlanan araq içib: "Onlardan 21 nəfər qısa zamanda ölüb, qalanları zəhərlənib. Çoxunun vəziyyəti orta-ağırdır"

Mazenderan Səhiyyə İdarəsi faktı təsdiqləyib. Baş direktoru Əli Abbasi vilayətdə 21 nəfərin metil spirtinin səbəb olduğu ağır zəhərlənmə nəticəsində öldüyünü deyib: "Ölənlərdən 18-i kişi, 3-ü qadındır. Onlar spirt qəbulundan sonra kor və böyrək çatışmazlığına düşar olublar.. Qalanları da xəstəxanaya müraciət edib. Onlardan 4-ü artıq görmə qabiliyyətini itirib, 81-i isə böyrək çatışmazlığı səbəbindən dializdən keçib".

Xəbərdə deyilir ki, alkoqolun qadağan olunduğu İranda qaçaqmalçılıq yolu ilə gətirilən içkilərə etil spirti əvəzinə ucuz olduğu üçün metil spirti qatılır. Bu isə ölüm və görmə itkisinə səbəb ola biləcək zəhərlənmələrə səbəb olur.

Tahir Şəlvəli

MİA.AZ