“Azərbaycana qarşı sanksiya tətbiq etmək cəhdləri bizim üçün yeni deyil. ABŞ 90-cı illərdə də Azərbaycanın əl-qolunu bağlamaq məqsədilə bu addımı atıb”.
Mia.az xəbər verir ki, bunu I vitse-spiker Əli Əhmədov Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, əgər 90-cı ildə ölkəmizə qarşı tətbiq edilən sanksiya bizi sarsıda bilmədisə, əksinə daha da qüvvətləndirdisə, bu gün güclü Azərbaycan üçün tətbiq edilən sanksiyaların heç biri nəticəsi olmayacaq: "Hesab edirəm ki, son tarix, qazandığımız zəfər Ermənistan üçün ağıllı dərs olmayıb. Azərbaycan bütün dövlətlərlə sülh modelində çalışmaq niyyətindədir. Azərbaycanı nə sanksiya, nə də hansısa təhdidlərlə yolundan döndərmək mümkün olmayacaq”.