Katoliklərin ruhani lideri Roma Papası Fransisk HƏMAS-ın İsrailə 7 oktyabr hücumunun birinci ildönümü ilə bağlı dünya liderləri və bölgə xalqlarına xitab edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, açıq məktubunda bir il əvvəl nifrət qaynağının alovlandığını, beynəlxalq ictimaiyyətin və ən qüdrətli ölkələrin silahları susdurmaqda və müharibə faciəsinə son qoymaqda biabırçı acizliyi ucbatından yanğının hələ də davam etdiyni qabardıb: "Acıverici haldrı ki, bu gün də qan və göz yaşları axmaqda davam edir. Qisas istəyi ilə birlikdə qəzəb artsa da, çox az adam ən çox ehtiyac duyulan və arzu olunan şeyə əhəmiyyət verir: dialoq və sülh."
Dünyada mövcud olan 1,4 milyarda yaxın katoliklərinin lideri Yaxın Şərqdə müharibədən əziyyət çəkən bütün məzhəb və dinlərdən olan xalqlara səslənib və "Mən sizə yaxınam, sizinləyəm” mesajını verib: "Səsi olmayanların yanındayam, çünki planlar və strategiyalar haqqında danışılsa da, güclülərin başqalarına tətbiq etdiyi müharibədən əziyyət çəkənlər üçün çox az narahatlıq var. Bununla belə, onlar Allahın dönməz hökmünə tabe olacaqlar”.
Zülfiyyə
MİA.AZ