Dünyanın ən soyuq bölgəsi olan Antarktidada iqlim dəyişikliyi səbəbindən böyük dəyişiklik başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq "buz dağları"nın sürətlə əriməsi Antarktidanın bitki örtüyünü dəyişir.

Məlumata görə, temperaturun artması dünyanın ən soyuq bölgəsi olan Antarktidanın yaşıl ötüyə bürünən ərazini artırıb.

İngilis alimlərinin "Nature Geoscience" jurnalında dərc etdiyi araşdırmaya görə, qitədəki bitki örtüyü son qırx ildə çox dəyişib: "1986-cı ildə Antarktika yarımadasının bitki örtüyü bir kvadrat kilometrdən az ərazini əhatə edirdisə, 2021-ci ildə bu sahə 12 kvadrat kilometrə qədər artıb. 2024-cü ildə isə bu rəqəm bir az da "şişib". İqlim dəyişikliyi sürətləndikcə, buradakı dəyişilikdə ona adekvat davam edəcək"

Mütəxəssislər əminliklə yazır ki, qlobal istiləşmə səbəbindən Antarktidanın yaşıllaşma prosesi sürətlənəcək.

Zülfiyyə

MİA.AZ