Türkiyənin Səadət Partiyasının qurucu sədri Recai Kutan 94 yaşında dünyasını dəyişib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Səadət Partiyası məlumat yayıb.

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş da Səadət Partiyasının qurucu sədri Recai Kutanın vəfatı ilə əlaqədar başsağlığı verib: "İnna lillahi və inna ileyhi raciun. Milli Vizyon hərəkatının duayenlərindən, hörmətli simalarından olan, əxlaqı, şəxsiyyəti və dövlət xadimi ilə Türkiyə siyasətini, həyatını Allahın izninə və Türkiyənin inkişafına həsr edən qardaşımız Recai Kutanı itirməsindən dərin kədər hissi keçiririk".

Recai Kutan kimdir?

O, 1930-cu ildə Malatyada anadan olub.

Mehmet Recai Kutan ibtidai, orta və lisey təhsilini Malatyada tamamlayıb. 1947-ci ildə Malatya Liseyini bitirdikdən sonra İstanbul Texniki Universitetinin İnşaat fakültəsinə daxil olub və 1952-ci ildə oranı bitirib.

Universitetdə oxuduğu illərdə güləş, musiqi, nəşriyyat kimi sahələrdə, eləcə də tələbə birliklərində bir çox mühüm işlər görüb.

Recai Kutan iş həyatına başladıqdan sonra 1954-cü ildə Mebrure Xanımla evləndi və onların İsmayıl, Əbdüləziz Murat və Əhməd adlı üç övladı var.

19 iyul 1983-cü ildə qurulan Rifah Partiyasının sədr müavini və Malatya millət vəkili vəzifələrində çalışıb. 1996-1997-ci illər arasında 54-cü Ərbakan Hökumətində Enerji və Təbii Sərvətlər Naziri vəzifəsində çalışıb.

O, uzun illər Rifah Partiyasının bağlanmasından sonra qurulan Fəzilət Partiyasının sədri, Fəzilət Partiyasının bağlanmasından sonra qurulan Səadət Partiyasının Qurucu sədri vəzifələrində işləyib.

Samir Musayev

MİA.AZ