13.07.2014-cü il tarixində,
təxminən səhər saat 07.30 radələrində "Araz Media" qəzetinin və eyni
adlı internet qəzetinin baş redaktoru, YAP fəalı Fariz Quliyev «Sınıq-Körpü»də sərhədçilər
tərəfinlən qanunsuz saxlanıldığını iddia edir.
Baş redaktor sahibi olduğu arazmedia.az-da bildirib ki, Gürcüstana 3 günlük
istirahət gedərkən "Sınıq Körpü"
Sərhəd Buraxılış Məntəqəsinin əməkdaşları tərəfindən kobudcasına təhqir
olunaraq, zorakılıqla növbətçi hissədə saxlanılıb: «Bundan sonra məni heç bir açıqlama vermədən polis vasitəsi ilə Qazax rayon Polis Şöbəsinə apardılar. Halbuki, mən sərhədçilərimizə özümü təqdim edərək, saxlanma və mənə qarşı kobud davranılmasının səbəbi haqda izahat da istədim. Lakin sərhədçilərimiz özlərini mövcud təlimatlara uyğun aparmayaraq, hətta Azərbaycan mətbuatı haqda da nalayiq sözlər işlətdilər. Sərhədçilərdən fərqli olaraq. Qazax Polis Şöbəsində çox mədəni davranaraq, bir neçə saatlıq araşdırmadan sonra məni sərbəst buraxdılar».
Fariz Quliyev deyir ki, sərhəd-keçid məntəqəsində olarkən,
əvvəllər yaxından tanıdığı ermənikökənli zabit və gizirlərlə də qarşılaşıb: «Mənə çox maraqlıdır, DSX-ın komandanı, cənab Elçin Quliyev erməni əsilli bu adamlara sərhədimizi etibar etməklə, təhlükəsizliyimizi riskə atdığının fərqində deyilmi? Həmin erməni əslli
sərhədçilərin siyahısını açıqlayacağam».
Sonda baş redaktor «Azərcell»ə olan 86 manat borca görə sərhəddə kobud davranan sərhədçilərin barəsində ciddi tədbirlər görüləcəyinə inandığını da deyib.