"Oktyabrın 1-də İsrailə raket hücumu İranın özünümüdafiə məqsədi ilə həyata keçirilib".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İranın dini lideri Ayətullah Əli Xamenei deyib.
O, Tehranın İmam Xomeyni adına Böyük Musalla məscidində yüksək səviyyəli siyasi və hərbi rəsmilərlə birlikdə on minlərlə insanın iştirakı ilə qılınan namazdan əvvəl 27 sentyabrda İsrailin Beyruta hücumunda həyatını itirən Həsən Nəsrullahın anım mərasimində çıxış edərək, bildirib ki, ölkəsi mümkün əks-hücumlara cavab verməkdən çəkinməyəcək: "Əgər İsrail bizə cavab niyyətinə düşərsə, dərhal cavab veriləcək".
Xamenei daha sonra islam dünyasını birliyə çağırıb: "Bütün İslam dünyası birləşməlidir. Düşmən uğur qazanarsa, Livandan sonra başqa ölkələrə də hücum edəcək. Lazım gələrsə, İsraili yenidən vuracağıq. İsrail İran İslam Respublikasının düşmənidir, fələstinlilərin düşmənidir, Misirin düşmənidir, Livanın düşmənidir. Suriya və Yəmənin düşmənidir. Düşmən eynidir. Üzləri fərqlidir, amma düşməndir. bəzilərində psixoloji savaşdan, bəzilərində iqtisadi müharibədən istifadə edirlər. Bu, müharibədir, gah bomba atırlar, gah da gülə-gülə edirlər. Düşmən eynidir, əmr bir yerdən gəlir. Bu Fələstinli və Livanlı qardaşlarımıza həmrəylik nümayiş etdirməliyik.
İsrailin bütün bu hücumları beynəlxalq hüquqa ziddir. Fələstin və livanlıların özlərini müdafiə etmək hüququ var. Silahlı qüvvələrimizin bir neçə gün əvvəl həyata keçirdiyi hücum tamamilə qanuni və özünümüdafiə haqqı idi. Sionist rejimə hücumumuz verə biləcəyimiz ən yüngül hücumumuz idi. Sionist rejimə qarşı hər cür tədbir görülməlidir: Lazım gəlsə, təkrar edirəm, İsrailə yenə zərbə endirəcəyik. İslam Respublikası öz vəzifəsini ən böyük qətiyyətlə yerinə yetirəcək. Biz tələsməyəcəyik, ancaq tərəddüd də etməyəcəyik".
Firudin Səfərli
MİA.AZ