ASELSAN-ın Türkiyə Hərbi Hava Qüvvələrinin müşahidə qabiliyyətini gücləndirmək üçün istehsal etdiyi “ALP 100-G” alçaq hündürlük radarı Adanada keçirilən Aviasiya, Kosmos və Texnologiya Festivalında (TEKNOFEST) nümayiş etdirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ölkənin “havada gözü" sayılan bu radar qurğusu 3D aşkarlama və izləmə qabiliyyətinə sahibdir: "Döyüş təyyarələri, helikopterlər, pilotsuz uçuş aparatları (PUA) və qanadlı raketlərin 3D təsbitini və izlənilməsini həyata keçirə bilən radar vasitəsi 8x8 taktiki təkərli vasitəsi sayəsində yüksək hərəkət qabiliyyətini də özündə əks etdirir".

Lamiyə Əhmədli

MİA.AZ