"İordaniya heç kimin döyüş meydanı deyil, olmayacaq. Biz özümüzü hər cür təhdiddən müdafiə edəcəyik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İordaniya xarici işlər naziri Ayman Safadi Britaniyanın Xarici İşlər Naziri David Lammy ilə telefon danışığında deyib.

İordaniya XİN-döən yayılan açıqlamaya görə, nazir ingilis həmkarı ilə telefon danışığnda İranın İsrailə cavab hücumu zamanı raketlərin çoxunun məhz ölkəsinin hava müdafiə sistemləri tərəfindən vurulduğunu xatırladıb. O, İranın İsrailə atdığı raketlərin ölkəsinin hava məkanını pozmasınınnarahatlıq yaratdığını ifadə edib: "İordaniya və vətəndaşlarının təhlükəsizliyinə qarşı hər hansı təhdiddə qarşı bütün vasitələrlə özümüzü müdafiə edəcəyik. İordaniya bu mövqeyini İran və İsrailə açıq şəkildə çatdırıb”.

Safadi, həmçinin Yaxın Şərqdə təhlükəli eskalasiyanı dayandırmaq üçün həm Qəzzada, həm də Livanda atəşkəs razılaşmalarını vacib sayıb.

Tahir Şəlvəli

MİA.AZ