"İsrail İrana hücum edərsə, daha şiddətli cavab veriləcək və onların bütün infrastrukturunu hədəfə alacağıq".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İranın Baş Qərargah rəisi, general Məhəmməd Baqeri ötən gecə İsrailə raket hücumları ilə abğlı ölkəsinin rəsmi xəbər agentliyi İRNA-ya videomüsahibəsində deyib.
O, İnqilab Keşikçiləri Ordusunun İsrailə qarşı həyata keçirdiyi raket hücumunun təfərrüatlarından danışıb. Generalın sözlərinə görə, beynəlxalq hüquqa uyğun olaraq, İsrailin mülki və yaşayış məntəqələrini vurmayıblar: "Yalnız hərbi bazaları hədəf aldıq. Dəqiq deyirəm ki, İsrailin 3 əsas hava bazası vurulub. Onlardan ilki Həsən Nəsrullaha hücumun başlanğıc nöqtəsi olan Hatzerim Hava Bazası, strateji radarlar, tankların, F 35-lərin bazası və Mossad qərargahı olub. Bunlarla yanaşı, Qəzza ətrafındakı hərbi personal daşıyıcıları və əsgərlərinin yerləşdiyi Nevatim Hava Bazası də tərəfimizdən sərt formada vurulub. Əlbəttə, biz də İsrail rejiminin və xalqının iqtisadi və sosial infrastrukturuna, sənaye zonalarına zərbə vura bilərdik. Ancaq biz bunu etmədik. Lakin əgər ABŞ və Avropa çılğın İsrailə nəzarət etməsə, onu durdurmasa və onlar bizə hücum edərsə, belə heücumlar çox olacaq. Əmin olun ki, İsrailin bütün infrastrukturunu məhv edə bilərik. Yenə də ümid edirik ki, ABŞ əvvəlki münasibətindən əl çəkərək, bu cinayət maşını - İsraili dayandıracaq və bölgədə sülh bərqərar olacaq”.
Xatırladaq ki, İran dünınilk dəfə "radar"ları aşan hipersonik (səsdəniti) "Fettah-1" raketlərdə\n istifadə edəərk İsraili vurub. Bəzi mənbələr İranın İsrailə 500-dək, bəziləri isə 200-dək raket fırlatdığını yazır.
İsrail isə münasib zamanda İranılnbu hücxunmuna "təəccüb yaradacaq" ən sərt qarşılıq veriləcəyini bəyan edib.
Samir Musayev
MİA.AZ