"İran Yaxın Şərqdə sabitliyi pozan və təhlükəli qüvvədir. Bugünkü (dünən gecə -mia.az) İsrailə hücum bunu sübut edir".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris İranın İsrailə ötən gecəki raket hücumuna münasibətdə deyib.
O, Ağ Evdə jurnalistlərə bildirib ki, İranın İsrailə raket hücumunu ənsərt formada qınayırlar: "İsrailin özünü müdafiə etmək hüququ var və biz bunu qətiyyətlə dəstəkləyirik. Bunun üçün nə lazımdırsa, edəcəyik. Biz Təl-Əvivin özünü hər zaman ən yaxşı şəkildə müdafiə edə bildiyinə əmin olmaq istəyirik. İsrailin təhlükəsizliyinə sadiqliyim sarsılmazdır".
Harris daha sonra sonra irana xəbərdarlıq edib və bildirib ki, ABŞ ordusu hər zaman "tətik"dədir: "ABŞ qüvvələri İrana və İranın dəstəklədiyi terrorçulara qarşı daim hazırlıqlı vəziyyətdə olacaq və gərəkli anlarda lazım olan addımları atmaqdan çəkinməyəcəyik".
Lamiyə ƏHMƏDLİ
MİA.AZ