"Biz davakar deyilik, lakin təhdidlərə qətiyyətlə cavab veriləcək. İranla savaşa əsla girməyin".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri az əvvəl İsrailə 500-dök raket yönləndirən İran prezidenti Məsud Pezeşkian X sosial media hesabında yazıb.
O bildirib ki, ölkəsi İsrailin təcavüzünə qarşı qanuni hüququnu qoruyur: "İran və regionun sülh və təhlükəsizliyi üçün İsrailin təcavüzünə qətiyyətli cavab verdik. Bu, İranın maraqları və vətəndaşlarını müdafiə etmək məqsədi daşıyır. Netanyahu bilməlidir ki, İran müharibəyə can atmır, lakin hər təhlükəyə qətiyyətlə cavab verəcək. Bu, bizim gücümüzün yalnız bir hissəsi idi. İranla münaqişəyə savaşa girməyin".
Tahir Şəlvəli
MİA.AZ