İran İsrailə 500-dək ballistik raketlər atıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail ordusu açıqlama yayıb.
İsrail ordusuna məxsus radio İranın ümumilikdə 500-dək raket buraxdığını və onların böyük əksəriyyətinin havada vurulduğunu bəyan edib: "Artıq sığınacağa yerləşən insanlar artıq evlərinə dönməyə başlayıblar".
İsrail ordusundan bildirilib ki, İranın bu hücumu cavabsız qalmayacaq: "Mütləq və özü də çox ağır cavab olacaq"
İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həcəri də mətbuat konfransında deyib ki, İranın raket hücumu ilə bağlı adekvat cavab hazırlanır: “Müdafiə və hücumda yüksək hazırlıq vəziyyətindəyik. Bu raket hücumunun nəticələri olacaq. Biz İsrail vətəndaşlarını qoruyacağıq və İranın raketlərinə lazımi vaxt və yerdə cavab verəcəyik. Hazırda İrandan İsrailə qarşı başqa bir təhdid yoxdur. Hazırda siyasi və ordu rəhbərluyi ölkəmizə\ bu hücumu dəyərləndirir".
Sözçü İranın hücumunun itkilərə səbəb olub-olmaması haqda bilgi verməkdən yayınıb.
İran İnqilab Keşikçiləri Korpusu isə bəyanat yayaraq, İranın milli təhlükəsizliyini hədəf alan onlarla raketin İsrailə qarşı yönəldildiyini bildirib: "Bu hücum HƏMAS lideri İsmayıl Haniyə, Hizbullahın baş katibi Həsən Nəsrullah və İran generalı Abbas Nilfuraşaya qəsdə cavabdır. Əgər İsrail bu hücuma hərbi yolla cavab verərsə, daha da dağıdıcı cavab alacaq".
İran dövlət televiziyası isə hücum əmrinin İranın dini lideri Əli Xamnei tərəfindən verildiyi təsdiqləyib.
İranın BMT yanında daimi nümayəndəliyi də İsraili hədələyib: “Əgər sionist rejim cavab verməyə çalışarsa, bunun ardınca daha dağıdıcı cavab veriləcək”.
Ağ Evdən verilən məlumata gərə, ABŞ prezidenti Co Bayden bölgədəki Amerika güclərinə İsraili müdafiə etməyə və İran raketlərini havada vurmağı tapşırıb.
Tahir Şəlvəli
MİA.AZ