İsrailin baş naziri Benyamin Netanyahu sosial media hesabında İran xalqına ingilis dilində sensasiyalı videomüraciət yayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, müraciətdə "İran, nəhayət azadlığa qovuşduqda - bu, hazırda düşündüyünüzdən çox daha yaxındır - hər şey fərqli olacaq. Bizim iki qədim xalq - yəhudi xalqı və fars xalqı nəhayət ki, barış içində olacaq" deyən Netanyahu İranın hazırkı dini rejimini terrorizmdə ittiham edib.

"İran bölgəmizə böyük ziyan vurub" sözünü tez-tez təkrarlayan Netanyahu bölgədə yaşayan  savaşda Tehran rejimini günahlandırıb, İran xalqına ayağa qalxmağa çağırıb, onları daha yaxşı və firəvan həyat gözlədiyini vəd edib: "Siz (İran xalqını nəzərdə tutur - Mia.az) hər gün Livan və Qəzzanı müdafiə etmək haqqında ehtiraslı çıxışlar edən, sizi özünün məkrli niyyətinə alət edən, sizə boyun əydirən bir rejim görürsünüz. O rejim (İrandakı dini rejimi-red.) hər gün bölgəmizi daha da qaranlığa və savaşa sürükləyir. Bu rejim hər keçən an sizi uçuruma yaxınlaşdırır. İranın böyük əksəriyyəti bilir ki, kiçik dini qrupdan ibarət olan rejim onlara heç əhəmiyyət vermir. Əgər versəydi, o zaman siz bu vəziyətdə deyil, çox yaxşı yaşayardınız. Yaxın Şərqdə mənasız müharibələrə milyardlarla dollar xərcləməyi dayandırsalar, sizin o pulla həyatınızı yaxşılaşdıra bilərlər. Təsəvvür edin ki, rejimin nüvə silahlarına və xarici müharibələrə xərclədiyi külli miqdarda pul uşaqlarınızın təhsilinə, səhiyyənizin yaxşılaşdırılmasına və ökənizin infrastruktur, su və kanalizasiya ehtiyaclarına sərmayə kimi qoyulur. Siz buna haqq etmirsinizmi? 

Şübhəsiz ki, İran, nəhayət, azad olduqda - o an düşündüyünüzdən də çox yaxındır - hər şey fərqli olacaq. Bizim iki qədim xalqımız - yəhudi xalqı və fars xalqı, nəhayət, bir yerdə barış, sülh içində olacaq. Ölkələrimiz İsrail və İran sülh içində olacaq." O gün gələndə rejimin 5 qitədə qurduğu terror şəbəkəsi dağılacaq, yox olacaq. Qlobal sərmayə, kütləvi turist axını, sonsuz yoxsulluq, zülm və müharibə yerinə, yaxşı gələcək sizi gözləyiri. İranın kiçik teokratik idarəçiliyinə boyun əyməyin. Kiçik bir qrup fanatik teokratların ümidlərinizi və xəyallarınızı məhv etməsinə icazə verməyin. Siz daha yaxşısına layiqsiniz. Övladlarınız daha yaxşısına layiqdir. Bütün dünya daha yaxşısına layiqdir. Bilirəm ki, siz Həmas və Hizbullahı dəstəkləmirsiniz. Ancaq liderləriniz sizi uçuruma aparır, Siz daha çoxuna layiqsiniz. İran xalqı bilməlidir ki, İsrail sizinlə həmrəydir. Gəlin, firavanlıq və sülhü, gələcəyimizi birlikdə yaşayaq".

Lamiyə Əhmədli

Tərcümə MİA.AZ-a məxsusdur