Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Misir, İraq, İordaniya, Kanada, Fransa və Böyük Britaniya, eləcə də Avropa İttifaqı və Ümumdünya Ərzaq Proqramı İsrailin ötən gecədən quru əməliyyatına da başladığı Livana ərzaq və tibbi yardım ayrımağa başlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə adlçəkilən ölkə və qurumlar rəsmi açıqlama yayıblar.
Bildirilib ki, İsrailin bombardman və hücumları nəticəsində yüz minlərlə insan ölkə daxilində qaçqın vəziyyətinə düşüblər və bu səbəbdən təcili yardım zəruri hala gəlib.
Mia.az yardım ayıran ölkələri sıralama ilə təqdim edir:
Türkiyə
Türkiyədən 30 ton humanitar və tibbi yardım daşıyan təyyarə Livanın paytaxtı Beyruta göndərilib.
Səudiyyə Ərəbistanı
Səudiyyə Ərəbistanının SPA xəbər agentliyinin xəbərinə görə, çətin vəziyyətdə olan Livan xalqına dəstək üçün humanitar və tibbi yardımlar qısa zamanda Beyruta yola salınacaq.
Qətər
Ölkənin QNA xəbər agentliyi XİN-ə istinadla yazıb ki, Qətər Yardım Təşkilatı Livanın cənubuna artıq 2 gündür yardım göndərir və bu proses davam edəəck.
BƏƏ
BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan Livana 100 milyon dollar dəyərində təcili yardım göstərişi verib: "Bu addım BƏƏ-nin Livana birmənalı dəstəyinin davamıdır"
Misir
Misir prezidenti Əbdülfəttah əs-Sisi Livanın baş naziri Naqib Mikati ilə telefon danışığında təcili olaraq Livana humanitar və tibbi yardım göndəriləcəyinə vəd verib.
İraq
İraqın baş naziri Məhəmməd Şia əl-Sudani Livana yardım çatdırmaq və yanacaq nəqlini asanlaşdırmaq üçün hava və quru yollarla xətt yaradılacağıı bəyan edib.
İraq hökumətinin sözçüsü Bəsim əl-Avadi əlavə edib ki, indiyədək Livana artıq yüzlərlə ton yardım çatdırılıb.
İordaniya
İordaniyanın Petra xəbər agentliyi artıq Livana bir təyyarə dolusu yardımgöndərildiyini açıqlayıb.
Kanada
Kanada Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Livandakı mülki şəxslərə 7,4 milyon dollar yardım ediləcək.
Fransa
Fransanın xarici işlər naziri Jan-Noel Barrot sentyabrın 29-da Livana 12 ton tibbi ləvazimat və 1000 ağır yaralının müalicəsində istifadə edilmək digər zərurui tibbi yardım çatdırıldığını bildirib.
Böyük Britaniya
Böyük Britaniya Livana humanitar yardımı dəstəkləmək üçün 5 milyon funt sterlinq yardım ayırırb.
Avropa İttifaqı
Avropa İttifaqının Livana 11,2 milyon dollar dəyərində humanitar yardım olunacağını bəyan edib.
Ümumdünya Ərzaq Proqramı
Birləşmiş Millətlər Təşkilatına bağlı Dünya Ərzaq Proqramından verilən açıqlamaya əsasən, Livanda 1 milyon insana ərzaq yardımı ediləcək.
Tahir Şəlvəli
MİA.AZ