Qarabağda həıbs olunan separatçılarla bağlı cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bunu baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ittihamlar kifayət qədər ciddidir: “Zərərçəkmişlər çoxdur. Materiallarla tanış olma mərhələsi başlayacaq. Sonra isə iş məhkəməyə göndəriləcək”(Report).
Baş prokuror deyib ki, separatçılara tarixi mədəniyyət abidələrinin məhvi ilə bağlı ittiham verilib.
O bildirib ki, separatçıların bütün hüquqları təmin olunur, onların hər birinin bir neçə vəkili var: "Onların hər birinin iş materialları tanış olma kimi hüquqları var".