"Livan ordusunu dəıhal Litani çayının cənubuna göndərməyə hazırıq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Livanın baş naziri Nəcib Mikati paytaxt Beyrutda parlament sədri Nebih Berri ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, BMT Təhlükəsizlik Şurasının 2006-cı ildə qəbul etdiyi 1701 saylı qətnaməyə əməl və icra  etməyə hazırdırlar: “Biz BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini yerinə yetirməyə hazırıq. Atəşkəs əldə edildikdən sonra Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Sülh Qüvvələri (UNIFIL) ilə koordinasiyalı şəkildə öz vəzifələrini yerinə yetirmək üçün Litani çayının cənubuna ordu göndərməyə hazırıq".

İsraillə atəşkəsin dərhal həyata keçirilməsində hazır olduqlarını təkrarlayan Mikati qeyd edib ki, bu məsələni parlament sədri Berri ilə müzakirə edərək, razılaşıblar: "Biz, həmçinin, Livanda prezident seçkiləri məsələsini müzakirə etdik..."

Digər tərəfdən, Livan parlamentinin sədri Berri Baş nazir Mikati ilə görüşündən sonra Livan Baş Qərargah rəisi general Cozef Aun ilə görüşüb. Onların görüşü qapalı keçib və mediaya hər hansı xəbər verilməyib.

Xatırladaq ki, Livana intensiv hücumlarını davam etdirən İsrail atəşkəs üçün Livan rəhbərliynə şərt irəl sürüb. Şərtə əsasən, "Hizbullah" qüvvələri Litani çayının şimalına çəkilməli və silahlarını yerə qoymalıdır. Bundan əlabvə, Livan rəhbərliyi "Hizbullah"ın yenidən silahlanmaya can atması və İsrailə problem yaratmaması üçün Livanın qanuni ordusunun arada yaradılacaq bufer zonası qlamasını tələb edib.

Onu da qeyd edək ki, Livanda sünni, şiə və xristianlar arasında iqtidar bölünüb. Baş nazir, parlament sədri və prezident vəzifələri məzhəbə əsslanaraq arada bölüşdürülür.

Firudin Səfərli

MİA.AZ