Bu gün VII çağırış Milli Məclisin ilk plenar iclasında komitə sədrləri müəyyən olunub.
Mia.az xəbər verir ki, bununla bağlı məsələlər parlamentin payız sessiyasının bu gün keçirilən ilk iclasının gündəliyinə daxil edilib.
Toplantıda parlamentin 15 komitəsinin tərkibi formalaşdırılıb.
Qeyd edək ki, Milli Məclisin sentyabrın 23-də keçirilmiş ilk iclasında aşağıdakı komitələrə sədrlər seçilib:
Əli Hüseynli - Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri
Arzu Nağıyev - Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri
Zahid Oruc - İnsan hüquqları komitəsinin sədri
Sadiq Qurbanov - Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
Azər Əmiraslanov - İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri
Tahir Rzayev - Aqrar siyasət komitəsinin sədri
Musa Quliyev - Əmək və sosial siyasət komitəsinin sədri
Siyavuş Novruzov - Regional məsələlər komitəsinin sədri
Anar İsgəndərov - Elm və təhsil komitəsinin sədri
Polad Bülbüloğlu - Mədəniyyət komitəsinin sədri
Səməd Seyidov - Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri
Əhliman Əmiraslanov - Səhiyyə komitəsinin sədri
Hicran Hüseynova - Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri
Şahin İsmayılov - Gənclər və idman komitəsinin sədri
Fazil Mustafa - İctimai birliklər və dini qurumlar komitəsinin sədri
***
VII çağırış Milli Məclisin payız sessiyasında ilk plenar iclası başlayıb.
Mia.az xəbər verir ki, spiker Sahibə Qafarova sessiyanı açıq elan edib.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Toplantının gündəliyinə 17 məsələnin müzakirəsi daxil edilib:
1. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi üzvlərinin seçilməsi haqqında.
2. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvlərinin seçilməsi haqqında.
3. Milli Məclisin İnsan hüquqları komitəsi üzvlərinin seçilməsi haqqında.
4. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi üzvlərinin seçilməsi haqqında.
5. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvlərinin seçilməsi haqqında.
6. Milli Məclisin Aqrar siyasət komitəsi üzvlərinin seçilməsi haqqında.
7. Milli Məclisin Əmək və sosial siyasət komitəsi üzvlərinin seçilməsi haqqında.
8. Milli Məclisin Səhiyyə komitəsi üzvlərinin seçilməsi haqqında.
9. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi üzvlərinin seçilməsi haqqında.
10. Milli Məclisin Gənclər və idman komitəsi üzvlərinin seçilməsi haqqında.
11. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi üzvlərinin seçilməsi haqqında.
12. Milli Məclisin Regional məsələlər komitəsi üzvlərinin seçilməsi haqqında.
13. Milli Məclisin Elm və təhsil komitəsi üzvlərinin seçilməsi haqqında.
14. Milli Məclisin Mədəniyyət komitəsi üzvlərinin seçilməsi haqqında.
15. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi üzvlərinin seçilməsi haqqında.
16. Milli Məclisin 2024-cü il payız sessiyasının qanunvericilik işləri planı haqqında.
17. Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının yaradılması haqqında.
Toplantıda Mərkəzi Seçki Komissiyası yeni seçilən deputatlara vəsiqələr təqdim edəcək.