İki gün əvvəl Fransada evində 3 maskalı tərəfindən bıçaqlanan  hüquqşünas Vidadi İsgəndərli bu gün xəstəxanada vəfat edib.

Mia.az xəbər verir ki, bu barədə Fransada yaşayan jurnalist Qənimət Zahid açıqlama verib.

Onun sözlərinə görə, V.İsgəndərli xəstəxanada dünyasını dəyişib.

***

"Fransada yaşayan mühacir Vidadi İsgəndərliyə qarşı qəsd olub".

Mia.az  xəbər verir ki, bu barədə Fransada yaşayan jurnalist Natiq Güləhmədoğlu məlumat yayıb.

O, sosial şəbəkə hesabında yazıb ki, dünən səhər saatlarında onu bıçaqlayıblar: "Qardaşı Oqtay İsgəndərlinin  məlumatına görə evə üç nəfər maskalı pəncərədən girərək bıçaqla ona hücum çəkib. Vidadi bəy hazırda xəstəxanada-reanimasiyadadır".

Qeyd edək ki, sentyabrın 29-u Vidadi İsgəndərli Mülyuz (Mulhouse) şəhərində yaşadığı evdə naməlum şəxslərin hücumuna məruz qalıb. 

MİA.AZ