İran prezidenti Məsud Pezeşkian maraqlı məlumat açaıqlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, ABŞ və Avropa liderlərinin İranın HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin iyulun 31-də Tehranda öldürülməsinə cavab verməməsi üçün onlarla danışqılar apardığını etiraf edib.

İran dövlət televiziyasının məlumatına görə, Pezeşkian dünən axşam keçirilən Nazirlər Şurasının iclasında bildirib ki, Haniyənin öldürülməsinə cavab verməməsi müqabilində atəşkəs vəd edən ABŞ və Avropa ölkələri liderləri onları aldadıb: "Onlar bizə qisas cavabı verməməyimiz üçün Qəzzada atəşkəs vədi verdilər. Lakin sözlərinə əməl etmədilər".

Pezeşkiyan daha sonra İsrailin Livana hücumu, Hizbullah liderinin öldürülməsindən bəhs edib və İsraili hədələyib: "Sionist rejimin cinayətləri qəbuledilməzdir və cavabsız qalmayacaq".

İran prezidentinin bu açıqlamasını ölkədə böyük rezonans doğurub. Qısa müddətdə bir qrup şəxs gecəylə İran Ali Milli Təhlükəsizlik Şurasının binası qarşısına toplaşaraq, hakimiyyətdən ölkə prezidentinin bu bəyanatına aydınlıq gətirmələrini tələb etməyə başlayıb.

Firudin Səfərli

MİA.AZ