Hizbullah lideri Həsən Nəsrullahın İsrail tərəfindən öldürülməsindən sonra İran təhlükəsizlik tədbirlərini atırmağa başlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Nasrullahın ölümündən sona İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası fövqəladə iclas keçirib.
Yayılan məlumata görə, iclasda Nasrullahın ölümü və bundan sonrakı vəziyyət müzakirə olunub: "İclasda İranın dini lideri Xamneinin təhlükəsiz bölgəyə aparılması planı da aktuallaşıb və qərara alınıb ki, bu, mütləq olmalıdır".
Türkiyə mətbuatı yazır ki, Nasrullahın öldürülməsindən sonra açıqlama yayaraq bölgədəki bütün müqavimət qüvvələrinin "Hizbullah"ın tərəfində olduğunu və “Bu bölgənin taleyini müqavimət qüvvələri, xüsusilə "Hizbullah" təyin edəcək” deyən Xamnenin təhlükəsizliyi gücləndirilib. Onun hətta təhlükəsiz bölgəyə çəkildiyi haqda iddialar yayılıb.
Samir Musayev
MİA.AZ