"Gündəm Xəbər" qəzetinin təxribatla üzləşdiyi hadqa xəbər verilib. Belə ki, yay fəslində istirahətə çıxan qəzetin kollektivi köşklərdə eyniadlı və eynidizaynlı qəzetlə rastlaşmalarından "şok"a düşüblər. Artıq kolektiv bu qanunsuz aksiya ilə bağlı rəsmi fəaliyyətə də start verib.
"Gündəm Xəbər" təsisçisi və baş redaktoru Şirin Cəfərli bildirib ki, kollektiv istirahətdə olsa
da, həm özünə, həm də rəhbərlik etdiyi qəzetə qarşı açıq şəkildə təxribat həyata keçirilib: «Çox təəssüf ki, qısa müddət ərzində rəhbərlik etdiyim qəzetdə işləmiş biri yay fəsli ilə bağlı qısamüddətli məzuniyyətə çıxmağımızdan sui-istifadə edərək, "Gündəm Şok Xəbər" adı altında "Gündəm Xəbər"in tərtibatını dəyişmədən «şok» sözünü xırda şriftlə gizlətməklə, qəzet çıxarıb və satış məntəqələrinə paylayıb. Bəyan edirəm ki, bu, açıq şəkildə qanun pozuntusu olmaqla yanaşı, həm də bizə qarşı təxribatdır. Oxuculardan xahiş edirəm ki,
köşklərdən "Gündəm Xəbər" qəzeti istəyərkən diqqətli olsunlar, onlara
"Gündəm Şok Xəbər" adlı qəzet sırımasına və bu təxribatın daha dərin kök atmasına imkan verməsinlər».
Baş redaktor onu da bildirib ki, məsələ ilə bağlı artıq müvafiq orqan və qurumlara rəsmi müraciətlər də hazırlanıb: «Bu gün qəzetimin adı və dizaynı ilə təxribata yol verənlər haqda rəsmi tədbir görülməsi məqsədi ilə hazırlanmış şikayət və müraciətlər müvafiq qurumlara göndəriləcək. Eyni zamanda, bu rüsvayçı təxribatla bağlı Mətbuat Şurasına müraciət edəcəyəm. Hesab edirəm ki, Mətbuat Şurası belə biabırçı təxribatların qarşısının alınmasında çox böyük rol oynaya bilər».
Şirin Cəfəri onu da bildirib ki, qısamüddətli məzuniyyətlərindən sonra «Gündəm Xəbər» fəaliyyətini davam etdirəcək: «Kimlərsə ümidlənməsin, гəzetimiz fəaliyyətini dayandırmayıb. Bəyan edirəm ki, "Gündəm
Xəbər"nin kollektivi istirahətdədir və qəzet fəaliyyətini müvəqqəti
olaraq dayandırıb. Məzuniyyətdən
qayıtdıqdan sonra fəaliyyətimizi bərpa edəcəyik"(Reytinq).