"Belarusa hücum olsa, dərhal nüvə silahından istifadə edəcəyik".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sensasiyalı xəbəırdarlığı Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə universitet tələbələri ilə görüşündə səsləndirib.

Lukaşenko qeyd edib ki, Belarus və Rusiyanı qorumaq üçün istənilən savaşa hazırdırlar: "Belarusa hücum Üçüncü Dünya Müharibəsini başladacaq. Rusiya prezidenti Vladimir Putin Rusiya və bizim ölkəyə hücum zmaanı nüvə silahından istifadəyə icazə verən “nüvə doktrinası"nın dəyişdirməklə, qətiyyətini təsdiqlədi. Baxın, ABŞ və Polşa əsgərləri NATO qüvvələri adıyla Belarusun qərb sərhədləri boyunca yerləşdirilir. Onlar bizə hücum edən kimi nüvə silahından istifadə edəcəyik. Onlar da təbii ki, bizə və Rusiyaa qarşı hücum edəcək. Bu yolla Rusiya bütün arsenalından istifadə edəcək. Bu, dünya müharibəsi deməkdir. Onsuz da Qərb bunu istəmir. Buna hazır deyillər. Amma biz onlara açıq şəkildə deyirik ki, bizim qırmızı xəttimiz bizim dövlət sərhədlərimizdir, əgər onlar torpağımıza ayaq bassalar, cavab dərhal olacaq. Biz buna hazırlaşırıq. Dürüst və açıq deyirəm". 

Firudin Səfərli

MİA.AZ