Son 24 saat ərzində Rusiya ordusu Ukraynanın müxtəlif bölgələrinə zərbələr endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə ümumilikdə 8 mülki şəxs ölüb, 44-ü yaralanıb.

Ukraynanın Donetsk vilayət Administrasiyasının rəhbəri Vadim Filaşkin bildirib ki, bölgəyə hücumları nəticəsində 4 mülki vətəndaşın həyatını itirib: "11 mülki vətəndaş isə yaralanıb. Hücumlarda çox sayda ev və bina zərər görüb".

Odessa Hərbi İdarə rəisi Oleq Kiper şəhərə hücumda 3 mülki vətəndaşın öldüyünü, 3-ü uşaq olmaqla 14 mülki vətəndaşın isə yaralandığını təsdiqləyib.

Xerson Vilayəti Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin də son sutkadakı itkiləri açqlayıb: "Rusiya ordusunun Xerson və bölgədəki 23 yaşayış məntəqəsini hədəfə alması nəticəsində 1 nəfər ölüb, 19 nəfər yaralanıb".

Ukrayna Baş Qərargahından isə bildirilib ki, son sutkada Rusiya ordusuna məxsus 21 tank, 48 zirehli texnika, 2 hava hücumundan müdafiə sistemi, 85 pilotsuz uçuş aparatı, 60 avtomobil və xüsusi texnikanı məhv edilib: "Son 24 saatda 1370 rus əsgəri zərərsizləşdirilib".

Samir Musayev

MİA.AZ