Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini ehtiramla yad edib.
Mia.az xəbər verir ki, bu barədə o, sosial media səhifəsində yazıb: “27 Sentyabr Anım Günündə müharibədə həyatını itirənləri hörmətlə anırıq. Regiona tezliklə sülh və əmin-amanlığın gəlməsini diləyirik”.