"ABŞ Yaxın Şərqdə geniş müharibə görmək istəmir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Ağ Evin sözçüsü Karine Jean-Pierre mətbuat konfrasında İsrail və Hizbullah arasında 21 günlük atəşkəs çağırışı ilə bağlı suala cavabda deyib.

Ağ Evin sözçüsü bildirib ki, onsuz da yüksək olan gərginliyin regionda daha da böyüməsini qətiyyən istəmirlər: "Bu səbəbdən Nyu Yorkda BMT Baş Assambleyasının tədbirlərində bu istiqamətdə intensiv diplomatik fəaliyyətlərimizi artırdıq. məhz bu səylər nəticəsində həm G7 ölkələri, həm də bəzi ərəb ölkələrinin dəstəyi ilə İsrail-Livan sərhədində 21 günlük müvəqqəti atəşkəsə birgə çağırış oldu. Biz geniş bir müharibə istəmirik və atəşkəs üçün əlimizdən gələni edirik"

ABŞ rəsmisi atəşkəs çağırışına İsrailin "yox" deməsi barədə suala isə şərh verməkdən imtina edib.

Xatırladaq ki, ABŞ və Fransanın liderliyi altında Avropa İttifaqı və digər 8 ölkə birgə bəyanat yayaraq, İsrail və Livan arasında qarşıdurmaların dayandırılması və diplomatiyaya meydanın açılması üçün 21 günlük atəşkəsə çağırış edib.

İsrailin baş naziri cə XİN başçısı isə bu çağırışa əməl etməyəəcklərini bəyan edibər: "Livanda "Hizbullah"a qarşı hücumlar məqsədimizə çata qədər davam edəcək".

Lamiyə Əhmədli

MİA.AZ