"Rusiyanın nüvə doktrinasına dəyişiklilər Qərbə konkret siqnaldır".

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə açıqlamasında deyib.

O, ötən gün Rusiya prezidenti Vladimir Putinin nüvə doktorinasına dəyişikliklə bağlı açıqlamaları barədə suala cavabda deyib ki, bu, qərbə birbaşa anlayacaqları dildə verilən mesajdır: "Düzdür, Rusiya nüvə silahı arsenalını genişləndirməyi planlaşdırmayıb. Çünki yetərincə buna sahibik"

Peskov nüvə doktrinasının yenilənməsi zamanı nüvə sınaqlarına başlanıb-başlanmayacağı haqda suala isə cavab verməyib. 

Samir Musayev
MİA.AZ