"Livanda cəhənnəmin qapısı aralanıb".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri BMT Baş katibi Antonio Quterres  Təhlükəsizlik Şurasında "Yaxın Şərqdəki vəziyyət"lə bağlı keçirilən iclasda çıxışında deyib.

"Livanda cəhənnəmin qapıları açılır. Dünən Baş Assambleyada dediyim kimi, hamımız bundan narahat olmalıyıq. Livan uçurumun kənarındadır", - deyərək, Livanın suverenliyinə hörmət edilməsinin zəruriliyini qabardıb: "Bu həftənin birinci günü Livan tarixninə ən qanlı gün idi. Livanın Səhiyyə Nazirliyi bildirib ki, İsrailin bazar ertəsi və çərşənbə axşamı günləri hücumlar nəticəsində 50-si uşaq və 94-ü qadın olmaqla 569 nəfər ölüb, 1800-dən çox adam yaralanıb. Bu, artıq dediyim kimi, v əhənnəmin qapılarının aralanması deməkdir. Mən buradan tərəfləri dərhal hərbi əməliyyatlara son qoymağa çağıraram. Livan xalqı, İsrail xalqı və dünya xalqı buna nail olmalıdır. Livanın başqa bir Qəzzaya çevrilməsinə imkan verilə bilməz. Biz buna imkan verməməliyik"

Zülfiyyə

MİA.AZ