Birləşmiş Millətlər Təşkilatının 79-cu Baş Assambleyasının iclaslarına görə Nyu Yorkda olan prezident Ərdoğanın ABŞ prezidenti Baydenin təşkil etdiyi şam yeməyinə qatılmaqdan son anda imtina edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə NTV telekanalınınn müxbiri Hüseyn Günay məluma verib.
Jurnalist Ərdoğanın şam yeməyindən vaz keçdiyini açıqlayıb: "Ərdoğan Baydenin şam yeməyinə qatılmaqdan imtina edərək Türk Evindən hava limanına gedib. O, Türkiyəyə dönür".
Xatırladaq ki, Ərdoğan son olaraq Amerikanın "NBC News" kanalına müsahibəsində də ABŞ-ın İsrailə verdiyi hüdudsuz dəstəyə etiraz edib.
Lamiyə Əhmədli
MİA.AZ