"Əgər Rusiya və Belarusa hücum olarsa, eyni zamanda, mütəffiqlərimizə təhdid olarsa, nüvə silahından istifadə etmək hüququmuzu özümüzdə saxlayırıq".
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Təhlükəsizlik Şurasının iclasında çıxş edən prezident Vladimir Putin deyib.
Onun sözlərinə görə, Qərbin hər addımını çox diqqətlə izləyirlər: "Artıq nüvə silahlaırnıln tətbqi ilə bağlı doktorinamız tez-tez yenilənir. Əlbəttə, nüvə enerjisindən istifadə ölkəmizin suverenliyini qorumaq üçün son çarədir. Demək istəyirəm ki, biz həmişə belə məsələlərə böyük məsuliyyətlə yanaşırıq. Bu silahların nəhəng gücə malik olduğunu dərk edərik. O səbəbdən qlobal sabitlik üçün beynəlxalq hüquqi bazanı gücləndirməyə, nüvə silahlarının və onların yayılmasının qarşısını almağa çalışdıq. Bu gün Rusiya nüvə triadası dövlətin və vətəndaşların təhlükəsizliyinin ən mühüm təminatı olmaqla, dünyada strateji bərabərliyi və qüvvələr balansının qorunmasında mühüm vasitədir. Eyni zamanda biz görürük ki, müasir hərbi-siyasi vəziyyət dinamik şəkildə dəyişir və biz bunu nəzərə almalıyıq. Bu, Rusiya və müttəfiqlərimiz üçün yeni hərbi təhdid və risk mənbələrinin meydana çıxmasını da əhatə edir. Ona görə, nüvə silahından istifadəyə dair şərtləri dəqiqləşdirmək zərurəti yaranıb. İttifaq dövlətinin üzvləri olaraq biz Rusiya və Belarusa qarşı hücum zamanı nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq. Bütün bu məsələlər Belarus tərəfi, Belarus prezidenti Aleksandr Lukaşenko ilə razılaşdırılıb. Bura o fakt daxildir ki, əgər düşmənin adi silahlardan istifadə edərək suverenliyimiz üçün kritik təhlükə yaratması kimi hallar da daxildir..."
Zülfiyyə Mustafayeva
MİA.AZ