İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun MSK (YÜSK) üzvlərini "axmaq" adlandırması iddiası ilə açılan cinayət işi üzrə İstanbul Anadolu 7-ci Asliye Cəza Məhkəməsinin kəsdiyi  2 il 7 ay 15 gün həbs və 4 il siyasi qadağa cəzasına bu günlərdə Apellyasiya Məhkəməsində baxılacaq.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İmamoğlunun təmsil olunduğu CHP üst məhkəmənin çıxaracağı qərardan sonra sonra qüvvəyə minəcək hökmü əngəlləmək üçün radikal addımlar atacaq: "Əgər Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayarsa, CHP hökmü qəbullanmayacaq qərar verəcək. Partiya Əkrəm İmamoğlunu prezidentliyə namizəd kimi indidən elan edəcək".

Jurnalist Altan Sancar da bu barədə Türkiyənin "SÖZCÜ TV"də canlı yayımda təkrarlayıb.

Fərid Aslan

MİA.AZ