24 saylı Nizami birinci seçki dairəsinin sədri Niyazi Nəcəfov vəzifəsindən azad olunub.
Mia.az Hurriyyet.az-a istinadla xəbər verir ki, bu barədə Dairə Seçki Komissiyyasındakı (DSK) mənbələrdən məlumat verilib.
Bildirilir ki, N.Nəcəfovun azad olunmasına səbəb rəhbərlik etdiyi dairənin ərazisindəki məntəqələrdə seçkilərin kütləvi şəkildə qanun pozuntusu şəraitində keçirilməsi olub.
Xatırladaq ki, “Hürriyyət” qəzetinin parlament müxbiri Ülviyyə Şükürovanın şikayət əsasənda 24 saylı Nizami birinci seçki dairəsinin 5 məntəqəsində seçkilərin nəticəsi etibarsız sayılıb.