ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskini lağa qoymaqla yetinməyib, onu "bazarkom" adlandıırb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Tramp Pensilvaniya ştatında keçirilən mitinqdə tərəfdarlarına xitabda deyib.
Ukrayna ilə Rusiya arasındakı savaşdan söz açan Tramp bildirib ki, Zelenski noyabrın 5-də ölkəsində keçiriləcək seçkidə onu deyil, Kamala Harrisi dəstəkləyir: "O, "Demokrat"ların namizədinin bu seçkidə qalib gəlməsini çox istəyir".
Tramp daha sonra kinayəli şəkildə Zelemnskini lağa qoyub, onu "Alverçi", "Bazarkom" sayıb: "O, hər dəfə ABŞ-dan milyardlarla dollar alır. Zelenski tarixin ən böyük bazarkomudur. Baxın, hər dəfə bizim ölkəyə gələndə, 60 milyard dollar alır, gedir. bu adam alveri yaxşı bilir"
Rusiya ilə Ukrayna arasındakı savaşı dayandıra biləcək tək adam olduğunu növbəti dəfə təkrarlayan Tramp iddia edib ki, əghər o, prezident olsaydı, müharibə deyil, Moskva ilə Kiyev arasında sülh razılaşması olacaqdı: "Yenidən seçiləcəyi təqdirdə həm Zelenskiyə, həm də Rusiya prezidenti Vladimir Putinə zəng vuracam, onları sülhə gətirəcəyəm"
Samir Musayev
MİA.AZ