BMT İsrailin Əl-Cəzirə telekanalının İordan çayının qərb sahilindəki ofisinin bağlanması ilə bağlı bıyanat verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırkən söz açıb.
Onun sözləriə görə, İsrailin bu addımı yolverilməzdir: "Media və jurnalistlər hər yerdə olduğu kimi, qaynar nöqtələrdə gözümüz, qulağımızdır. Bütün dünyada media və jurnalistlər toxunulmazdır və hər kəsin borcu onlara lazımlı şərait yaratmaqdır. İsrailin son addımı qəbuledilməzdir. Biz bundan çox narahatıq. İsrail ordusu jurnalistlərin işinə müdaxiləyə son verməlidir"
Xatırladaq ki, iki gün əvvəl İsrail əsgərləri Ramallah şəhərində Əl-Cəzirə televiziyasının ofisinə basqın edərək, bütün yayım avadanlıqlarını "əl qoyub".
Onlar ofisi qapadaraq, ofisin fəaliyyətini dayandırıblar.
Tahir Şəlvəli
MİA.AZ