İraqda və dünyadakı şiələrin ən nüfuzlu lideri olan ayətullah Əli əl-Sistaniı ölkə əhalisinə hücuma məruz qalan Livana dəstəklə bağlı xitab edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, onun çağırışından sonra ölkə səfərbər olub.

Bu barədə İraqın baş naziri Məhəmməd Şia əl-Sudani açıqlama evrib.

O bildirib ki, Livana havadan və qurudan humanitar yardım göndərəcəklər: "İraq, hökumət və xalq adından elan edirik ki, dini lider Əli əs-Sistaninin çağırış və göstərişlərinə uyğun olaraq, səfərbər eolunaraq Livana yardım kampaniyasına başlanıb. Livandakı qardaşlarımızın əzabını hava və quru körpüsü ilə yüngülləşdirmək üçün əlimizdən gələni edəcəyik. Eyni zamanda, qardaş ölkəyə fasiləsiz yanacaq daşınmasını asanlaşdıracağıq. Biz Livandakı xəstəxanalar və xidmət müəssisələri üçün elektrik stansiyalarının istismarı üçün tələb olunan yanacaq axınını daha mütəşəkkil təmin edəcəyik. Bundan başqa, yaralı livanlıların müalicəsi üçün qapılarımızın açıq olduğunu elan edirik".

Xatırladaq ki, İraq şiələrinin ali dini lideri Ayətullah Əli əs-Sistaninin dəftərxanasından yayılan bəyanatda Livan xalqı ilə həmrəylik ifadə olunub və xalqdan Livana yardım istənilib.

Qeyd edək ki, İsrail Livanı bombardman edir. Təkcə son sutkada İsrailin zərbələri nəticəsində aralarında uşaq və  qadın olmaqla 356 nəfər öldürülüb, 1246 nəfər isə yaralanıb.

Onu da qeyd edək ki, Nıəcəf şəhərində yaşayan Əli əs-Sistani dünya müsəlmanları və dini liderləri arasında da çpx böyük nüfuza sahibdir. Hələ 2021-ci ildə Papa Fransisk xristianlarla müsəlmanlar arasında körpü qurmaq üçün getdiyi İraqda ayətullah Əli əl-Sistaninin Nəcəfdəki evinə gedərək, onunla etiramla görüşüb, söhbətləşib.

Firudin Səfərli

MİA.AZ