İsrail livanlıların telefonlarına qorxudolu mesaj göndərib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, mesajda "evlərinizi təcili olaraq boşaldın" xəbərdarlığı yer alıb.
Livanın rəsmi agentliyi NNA-nn məlumatına görə, belə mesajlar artıq Beyrut və bəzi bölgələrdəki vətəndaşların telefonlarına daxil olub: "İsrail artıq psixoloji müharibəyə də başlayıb. Paytaxt sakinlərinə göndərilən bu mesaj ajioataj yaratmaq məqsədi güdür"
İsraildə nəşr olunan “Haaretz” qəzeti isə sözügedən mesajla bağlı məqaləsində yazıb ki, ordu Livana quru hücumu planlayb: "Bu hücum planlandan çox uzun çəkə bilər..."
Ordu sözçüsü Aviçay Adraee isə "Hizbullah"ın İsrailə hücum etməyə hazırlaşdığını iddia edib. O, "Ən yaxşı müdafiənin hücum olduğunu" yada salaraq, quru əməliyyatənın anonsunu verib.
Zülfiyyə
MİA.AZ