"Asco Mühafizə" MMC məhkəməyə verilib.

Mia.az Pravda.az-a istinadla xəbər verir ki, MMC ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti mobil operatorlardan biri edib.

Mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr olan iş hakim Kənan Hüseynovun icraatındadır.

Qeyd edək ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) məxsus şirkətin fəaliyyətinə bu ilin əvvəlində xitan verilib. MMC QSC-nin tabeliyində olan “ASCO Nəqliyyat” şirkətinə qoşulduğunu elan edib. “ASCO Mühafizə” MMC-nin hüquq və vəzifələri “ASCO Nəqliyyat” MMC-yə keçib. “ASCO Nəqliyyat” MMC “ASCO Mühafizə” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edib.