Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp noyabrın 5-də keçiriləcək prezident seçkiləri ilə bağlı mühüm mesaj verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, seçkidə uduzarsa, bir daha prezidentlik iddiasına düşməyəcəyini bəyan edib.
O, bu barədə jurnalist Şaril Atkissona müsahibəsində danşıb.
Tramp "Noyabrın 5-də seçkidə uduzsanız, 2028-ci il prezident seçkilərinə qatılacaqsız?" sualına belə cavab verib: "Xeyr, bu barədə əsla düşünmürəm. Amma inanıram ki, bu seçkidə qalb olacağam".
Qeyd edək ki, Trampın 78 yaşı var.
Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərində Tramp Kamala Harrislə yarışacaq.
Lamiyə Əhmədli
MİA.AZ