Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Rusiyaya səfərə hazırlaşır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, səfər Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun dəvəti ilə baş tutacaq.

Bildirilib  ki, sentyabrın 23-26-da Rusiyada olacaq.

Xəbərə görə, səfərin ilk günündə spiker paytaxt Moskvada Yunus Əmrə İnstitutuna baş çəkəcək və orada tələbələrlə görüşəcək.

Rusiya-Türkiyə İş Adamları Dərnəyinin üzvlərini Türkiyənin Moskva səfirliyində qəbul edəcək Kurtulmuş sentyabrın 24-də Rusiya parlamentinin yuxarı palatası Federasiya Şurasının sədri Matviyenko bir araya gələcək. 

Məlumata görə, Numan Kurtulmuş sentyabrda 25-də Rusiya parlamentinin yuxarı palatası Federasiya Şurasında keçiriləcək iclasda çıxış edəcək: "Daha sonra isə o, Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşəcək".

Spiker bundan sonra Sankt-Peterburqa yollanacaq.

Firudin Səfərli
MİA.AZ