"ABŞ-ın İsraillə bağlı siyasəti dəyişməyib və gərəkli dəstək davam edəcək".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Ağ Evin sözçüsü Karine Jean-Pierre mətbuat konfransında deyib.

Ağ Evin sözçüsü Yaxın Şərqdə gərginliyin" artmasının ardından ABŞ-ın İsrailə silah dəstəyinin dayandırılması tələbləri ilə bağlı suala cavabda belə halın olmayacağını qeyd edib: "İsrailin təhlükəsizliyinə sadiqliyimiz sarsılmazdır və bu, dəyişməyəcək. Biz İsrailin təhlükəsizliyini dəstəkləməyə davam etməyə sadiqik". 

Jean-Pierre əlavə edib ki,  bölgədəki problemlərin diplomatik həllnə çalışırlar: "Biz problemlərin dialoq yolu ilə həllini görmək istəyirik, təbii ki. Bunun əldə edilə biləcəyinə inanırıq və bu şəkildə davam etmək istəyirik".

Lamiyə ƏHMƏDLİ

MİA.AZ