NATO-nun baş katibi Yens Stoltenberq oktyabrın 1-də vəzifəsini Niderlandın keçmiş baş naziri Mark Rutteyə təhvil vermədən vida nitqindən maraqlı mesajlar verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, NATO-nun baş katibi istər qurumda, istərsə də dünyada baş verən olaylara toxunub.

O, dünyada sülhün təmini üçün  onun bədəli olduğunu qeyd edib: "İlk növbədə, biz sülhün bədəlini ödəməyə hazır olmalıyıq. Nə qədər çox pul olsa, müdafiəmiz nə qədər güclü olsa, çəkindirmə gücümüz bir o qədər təsirli olarsa, təhlükəsizliyimiz də bir o qədər etibarlıdır". 

Stoltenberq bildirib ki, üzv ölkələr ÜDM-in ın az 2 faizinin müdafiəyə ayırması da kifayət deyil: "Müttəfiqlər qarşıdakı illərdə güclü olmaaq üçün ÜDM-in 2 faizindən çoxunu müdafiəyə xərcləməli olacaqlar".

Stoltenberq Çin və Rusiyadan enerji və digər sahələrdəki aslılığı bir daha təkrarlanmamalı olduğunu deyib: "Bir daha belə səhvə yol verilməməlidir. Əlbəttə ki, biz Çinlə əlaqələrimizi davam etdirəcəyik, lakin biz uzunmüddətli təhlükəsizlik ehtiyacları üçün qısamüddətli iqtisadi maraqları alverə çevirməməliyik”.

Ukraynadakı savaşa da toxunan Baş katibin sözlərinə görə, birgə səylərlə Putini dayandırmaq mümkündür: “Biz Putinə başa sala bilərik ki, o, istədiyini zorla əldə edə bilməz. Biz hamımız istəyirik ki, bu müharibə bitsin. Müharibəyə son qoymağın ən tez yolu onu uduzmaqdırr. Amma əmin olun ki, bu Ukraynaya, dünyaya sülh gətirməyəcək. Bu, Rusiya işğalını genişlədəcək. Bu gün Putin inanır ki, o, öz məqsədlərinə çata bilər. Buna görə də o, amansız müharibəsini davam etdirir, mən Putinin fikrini dəyişdirə biləcəyimizə inanmıram, amma onun hesablamaların dəyişdirə biləcəyiməzə inanıram. Biz Ukraynaya daha çox silah verməklə, ona istədiyini zorla qəbul etdirə bilməyəcəyini göstərməliyik".

Stoltenberq Rusiyanın gələcək sülh danışıqlarında tıərəf olacağını xüsusi vurğulayıb və deyib ki, Putini masaya gətirmək və hesablaşdırmaq üçün Ukraynanın təhlükəsizliyi üst səviyyədə saxlanılmalıdır: "Avropada stabil Ukrayna olmadan davamlı təhlükəsizlik ola bilməz. Bunun üçün Ukrayna NATO-ya üzv olmalıdır. Bu olmaan orada daimi təhlükəsizlik ola bilməz". 

Baş katib daha sonra NATO çatısı altındakı ölkələrin təhlükəsizliyijndən danışıb: "Bunun təkcə qaynaqlarla bağlı deyil, həm də coğrafiya ilə bağlıdır. Cənubda Türkiyə, Şimalda Norveç, Qərbdə isə ABŞ, Kanada və İngiltərə olmadan Avropa qitəsinin təhlükəsizliyini proqnozlaşdırmaq mümkün deyil". 

Lamiyə ƏHMƏDLİ

MİA.AZ