Livanda ordusu İsrailin ikigünlük kiberhücumundan sonra radikal qərarlar almağa başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ordunun xüsusi bölmələri bütün şübhəli rabitə vasitələrini, o cümlədən peycer və ratsiyaları məhv edirlər.

Bu barədə Livan Müdafiə Nazirliyi açıqlama yayıb. Bildirilib ki, bu qərar son hadislərdən sonra artırılan təhlükəsizlik tədbirləri ilə əlaqəlıdir.

Livan Mülki Aviasiya Təşkilatı isə xəbərdarlıq edib ki, bundan sonra Hava Limanlarına və təyyarələrə “peycer” və ya bu kimi hər hansı cihaz buraxılmayacaq.

Xatırladaq ki, sentyabrın 17-də Livanda Hizbullah üzvlərinin istifadə etdiyi peycerlərdə eyni vaxtda partlayışlar baş verib. Nəticədə 12 nəfər həyatını itirib, 300-ə yaxını ağır olmaqla 2800-ə yaxın insan yaralanıb. Sentyabrın 18-də ölkədə isə oxşar hadisə 20 nəfər ölüb, 450-dən çox insan yaralanıb.

Tahir Şəlvəli

MİA.AZ